\
14 Oktyabr 2024 - Bazar ertəsi

Deputatın tikinti şirkətinə etiraz - “Özümü yandıracam” - VİDEO

Deputatın tikinti şirkətinə etiraz - “Özümü yandıracam” - VİDEO
1626baxış
Bakı şəhər Nizami rayonu, Kamil Balakişiyev küçəsində "FVS-inşaat” MMC tərəfindən inşa edilən kooperativ yaşayış binasından mənzil alan Vəliyev Tuncay Vaqif oğlu şirkətdən şikayətçidir.
 
Mediapress.az xəbər verir ki, şikayətçi bizimyol.info-ya bildirib ki, tikinti şirkəti ona nə evini verir, nə də pulunu.
O, etiraz əlaməti olaraq tikinti şirkətinin yerləşdiyi ünvanın qarşısından keçən avtomobil yolunu bağlayıb.
 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, adıkeçən şirkət Goranboydan seçilmiş millət vəkili Mahir Aslanova məxsusdur.
 
Hadisə yerindən hazırlanan video-süjeti təqdim edirik: