\
14 Oktyabr 2024 - Bazar ertəsi

Qara müəllim vəfat edib

Qara müəllim vəfat edib
3525baxış

Mediapress.az xəbər verir ki, məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiri olmuş Qara Teyfur oğlu Mustafayev vəfat edib.

O, 25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda kolxozçu ailəsində anadan olub. 1954-cü ildə ADU-nun biologiya fakültəsini bioloq-zooloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1954-1957-ci illərdə aspiranturada təhsil alıb. 1958-ci ildə elmlər namizədi (1958) və elmlər doktoru (1985) alimlik dərəcələrini və sonra professor elmi adını alıb. 1958-1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda elmi işçi, 1960-cı ildən indiyə qədər Bakı Dövlət Universitetinin Biologiya fakültəsində çalışır.

Bu müddətdə o baş müəllim, dosent, dekan müavini, dekan, professor vəzifələrində çalışıb, 1992-ci ildən "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiridir. Elmdə və təhsildəki xidmətlərinə görə o 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplom və digər mükafat və qiymətli hədiyyələrlə təltif olunmuş, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilmiş və "Şöhrət Ordeni"nə layiq görülmüşdür. Ailəlidir, 3 övladı, 7 nəvəsi var.

Əvəzsiz alimimiz Qara Mustafayev 2018-ci il 8 oktyabrda vəfat edib. O, hər zaman onu sevən, onun şəxsiyyətinə hörmət edən insanların qəlbinde əbədi yaşayacaqdır... 

Allah rəhmət eləsin!

Könül Aypara