\
14 Oktyabr 2024 - Bazar ertəsi

"Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş vermişəm ki..."

"Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş vermişəm ki..."
1424baxış

"Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş vermişəm ki, binaların həyətləri abadlaşdırılsın, orada həm yaşlı insanlar, həm də uşaqlar üçün şərait yaradılsın, həyətlər bütün qanunsuz tikililərdən təmizlənsin, lift təsərrüfatı təzələnsin, harada ki, ehtiyac var yeni liftlər qoyulsun. Yəni, mənzil-kommunal təsərrüfatının yeniləşməsi istiqamətində çox ciddi addımlar atılacaq.

Bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

"Bakı şəhərində yeni parklar, bulvarlar salınır. Bakı indi gözəl parklar, xiyabanlar şəhəridir. Köhnə, yararsız vəziyyətdə olan sənaye müəssisələri şəhərin mərkəzindən çıxarılır, yeni gözəl parklar salınır. Bu il də onlardan biri Babək prospektində, Heydər Əliyev Mərkəzinin aşağısında, Yusif Səfərov küçəsində salınıb və vətəndaşların sərəncamına verilib. Biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik", - İ. Əliyev qeyd edib.