\
14 Oktyabr 2024 - Bazar ertəsi

Prezident və xanımı açılışda iştirak edib - (FOTOLAR)

Prezident və xanımı açılışda iştirak edib - (FOTOLAR)
1435baxış
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğundakı yol 1B texniki dərəcəyə uyğun olaraq inşa edilir.
 
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Quba rayonuna səfər çərçivəsində avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.
 
İlham Əliyev daha sonra Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısı 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 33 kilometr olan yolun rəmzi açılışını bildirən lenti kəsib.
 
Bu gün həmçinin Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-luq "Yeni Yaşma” Külək Elektrik Parkının açılışı olub. İlham Əliyev və Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlət başçısı Külək Elektrik Parkının rəmzi açılışını bildirən lenti kəsib.
  •