\
14 Oktyabr 2024 - Bazar ertəsi

Bakıda baş həkim maşınla sərxoş piyadanı vurub öldürdü

Bakıda baş həkim maşınla sərxoş piyadanı vurub öldürdü
1348baxış
Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb.
 
Mediapress.azTrend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.
 
Bakı şəhəri, 9 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Yunusov Arif Əhməd oğlunun idarə etdiyi "Hyundai Sonata" markalı 90-BB-636 dövlət nömrə nişanlı avtomobillə Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vurub.
 
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı cinayət işi başlanıb.