\
14 Oktyabr 2024 - Bazar ertəsi

Müstəqillik günü qeyd olundu

Müstəqillik günü qeyd olundu
1473baxış

“E media Group”u oktyabrın 17-də Azərbaycan Respublikasının Dövlət Müstəqillik gününə həsr olunmuş bayram tədbiri keçirib.

Tədbiri giriş sözü ilə açan “E media Group”unun rəhbərliyi bu günün mühüm tarixi əhəmiyyətindən danışaraq vurğuladı ki, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Onun üçün də gərək zamanın bütün sınaqlarına hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Azərbaycan xalqı bir əsrdə iki dəfə müstəqillik əldə etməklə, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması prosesi Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu.
Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı.Ulu öndər qarşıya çıxan bütün çətinliklərə xalqın xoşbəxt gələcəyi naminə sinə gərdi və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi.
Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi yaşar və dönməz etdi.

“Yenigundem” xəbər verir ki,«E media Group»un təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü münasibəti ilə Kütləvi İnformasiya Vasitələrinin ölkəmizin sosial-iqtisadi cəhətdən qüdrətlənməsi yolunda uğurlu fəaliyyətinə görə “Yenigundem” xәbәr portalının baş redaktoru, tanınmış jurnalist Təbriz Məhərrəmoğlu mükafata layiq görülüb.

Sonda “Müstəqillik günü” nə həsr olunmuş videofilm nümayiş olundu.