\
14 Oktyabr 2024 - Bazar ertəsi

FHN-in əməkdaşları intihara cəhdin qarşısını aldılar

FHN-in əməkdaşları intihara cəhdin qarşısını aldılar
1419baxış

Gəncədə bir nəfər intihar məqsədi ilə binanın damına çıxıb.

FHN-in saytının yaydığı məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərinin Nizami rayonunda 1 nəfərin beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirməsi haqda xəbər daxil olub.

Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb və vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. 

Əməliyyat başa çatıb.