\
14 Oktyabr 2024 - Bazar ertəsi

Əli Qafarov vəfat etdi

Əli Qafarov vəfat etdi
1440baxış
Tanınmış mətbuat işçisi, hərbi fotoqraf Əli Qafarov bu gün vəfat edib.
 
Mediapress.az axar.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış hərbi jurnalist, istefada olan polkovnik İbrahim Rüstəmli məlumat yayıb.
 
Ahıl Jurnalistlər Məclisinin rəhbəri Məzahir Süleymanzadə isə başsağlığında mərhumun bu gün saat 15:00-da Qala qəbiristanlığında dəfn olunduğunu bildirib.
 
Qeyd edək ki, Əli Qafarov Qarabağ müharibəsinə, orda vuruşan özünümüdafiə batalyonlarına aid nadir fotoların müəllifi idi.
 
Allah rəhmət eləsin!