\
14 Oktyabr 2024 - Bazar ertəsi

“Sofiya”nın Azərbaycana gətirilməsinə nə qədər xərclənib?

“Sofiya”nın Azərbaycana gətirilməsinə nə qədər xərclənib?
1393baxış
Robot "Sofiya”nın Azərbaycana gətirilməsi qarşılıqlı tərəfdaşlıq çərçivəsində baş tutub.
 
Mediapress.az modern.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.
 
O qeyd edib ki, robotun ölkəmizə gətirilməsi üçün hər hansı vəsait xərclənməyib:
 
"Hazırda danışıqlar aparılır ki, gələcəkdə robot "Sofiya” iştirak edəcəyi beynəlxalq tədbirlərdə və görüşlərdə "ASAN-xidmət" modelinin təbliği ilə məşğul olsun".
 
E.Niftəliyevin sözlərinə görə, "Sofiya” 2 gün müddətində "ASAN-xidmət"in qonağıdır.