\
14 Oktyabr 2024 - Bazar ertəsi

Ramil Usubov generalın qardaşını rəis təyin etdi

Ramil Usubov generalın qardaşını rəis təyin etdi
1382baxış

Daxili İşlər naziri Ramil Usubov polis rəisinin yerini dəyişib.

 
Unikal.org-un əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Rahib Mirzəyev Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsinin rəisi təyin edilib.
 
Xəbəri Nəsimi rayon Polis İdarəsindən Unikal.org-a təsdiqləyiblər.
 
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşı olan Rahib Mirzəyev bu əmrə qədər Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin rəisi olub.