\
14 Oktyabr 2024 - Bazar ertəsi

Çində naməlum şəxs uşaq bağçasına hücum edib, yaralılar var

Çində naməlum şəxs uşaq bağçasına hücum edib, yaralılar var
1462baxış

Çində naməlum şəxs uşaq bağçasının tərbiyəçilərinə hücum edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Penpay" portalı məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, hadisə ölkənin cənub-qərbində, Çunçin şəhərində, Banan rayonunda baş verib. Yerli mətbuat hadisə zamanı yaralananlar arasında uşaqların da olduğunu bildirib. 

CGTN isə hücum zamanı 14 uşağın yaralandığını xəbər verib. Yaralılar xəstəxanaya yerləşdirilirb.

Hələlik ölənlər barədə məlumat verilmir.

Hadisənin təfərrüatı açıqlanmır. Polisin məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerində saxlanılıb.