\
14 Oktyabr 2024 - Bazar ertəsi

Bu gecə Balakəndə ev yandı - Tələfat yoxdur

Bu gecə Balakəndə ev yandı - Tələfat yoxdur
1385baxış

Bu gün gecə saatlarında Balakəndə yanğın hadisəsi baş verib. Mediapress.az FHN-ə istinadən xəbər verir ki, 29 oktyabr gecə saat 01:00 radələrində Balakən rayonunun Talalar kəndində ümumi sahəsi 72 m2 olan birmərtəbəli iki otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​ Tələfat yoxdur. Faktla bağlı araşdırma aparılır.