\
14 Oktyabr 2024 - Bazar ertəsi

Abşeron rayonunun məmurlarına qarşı cinayət işi açıldı - Rusiyada - VİDEO

Abşeron rayonunun məmurlarına qarşı cinayət işi açıldı - Rusiyada - VİDEO
1527baxış

Rusiyanın İstintaq Komitəsində Abşeron rayonunun məmurlarına qarşı cinayət işi açılıb. Kuban şəhərinin Abşeron rayonunun məmurlarının məsuliyyətsizliyindən seldə tələf olmuş insanlara görə Rusiya qanunvericiliyi hərəkətə başlayıb.   

Mediapress.az Ria.ru-ya istinadən xəbər verir ki, RF CM-nin 293-cü maddəsinin 2-ci bəndinə əsasən, Hadijen qəsəbə və  Kabardin kənd inzibati vahidlərinin əhalisi vaxtında təbii fəlakət barədə məlumatlandırılmadıqları və təxliyə olunmadıqları üçün 3 nəfər tələf olub. Adıçəkilən ərazilərdə külli miqdarda maddi ziyan qeydə alınıb, hazırda həyat iflic vəziyyətdədir .