\
14 Oktyabr 2024 - Bazar ertəsi

Səhər saatlarında minik avtomobili yandı - Hacıqabulda

Səhər saatlarında minik avtomobili yandı - Hacıqabulda
1372baxış

Bu gün səhər saatlarında Hacıqabulda yanğın hadisəsi baş verib. Mediapress.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki,  Hacıqabul rayonunda "QAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın gecikdirilmədən yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.