\
14 Oktyabr 2024 - Bazar ertəsi

Dönərxananın yanmasının qarşısı alındı - Bakıda

Dönərxananın yanmasının qarşısı alındı - Bakıda
1406baxış

Bu gün səhər saatlarında paytaxtda növbəti yanğın hadisəsinin böyüməsinin qarşısı alınıb. Mediapress.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 10 m² olan tikiliyə (dönərxana kimi fəaliyyət göstərir) bitişik 2 ədəd soyuducu və 0.5 m² sahədə reklam lövhəsi yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanında yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğının səbəbləri araşdırılır.