\
14 Oktyabr 2024 - Bazar ertəsi

Məhkəmə Məhəmməd peyğəmbəri təhqir etmiş qadını əfv etdi - Pakistanda

Məhkəmə Məhəmməd peyğəmbəri təhqir etmiş qadını əfv etdi - Pakistanda
3399baxış

Pakistanda Məhəmməd peyğəmbəri təhqir etdiyi üçün ölüm hökmü almış qadın məhkəmə tərəfindən bağışlanıb. Mediapress.az BBC News.-a istinadən xəbər verir ki, Asiya Bibi adlı şəxs 2009-cu ildə müsəlman qadınları ilə küsdükdən sonra bu dinə qarşı radikal mövqe nümayiş etdirməyə başlayıb. Bu səbəbdən yerli dindarlar onun Məhəmməd peyğəmbər haqda səsləndirdiyi xoşagəlməz ifadələri əsas gətirərək ölüm hökmü ilə cəzalandırılmasını tələb ediblər. Yerli qubernator və azlıqlar üzrə nazir Bibinin müdafiəsinə qalxdıqları üçün 2011-ci ildə radikal dindarlar tərəfindən öldürülüblər. Məhkum isə 2010-cu ildə məhkəmə tərəfindən ölüm hökmünə layiq görülüb. Məhkumun vəkili Sayful Malik jurnalistlərə açıqlamasında bildirib ki, hələ 2015-ci ildə müvəkkilinin appelyasiya şikayəti Ali Məhkəmə tərəfindən rədd edilib. Bununla belə, Asiya Bibi günahkar olmadığını bildirməkdə israrlıdır. O, müsəlman olmadığı üçün təqiblərə məruz qaldığına əminliyini ifadə etməkdədir.

Xatırladaq ki, 200 milyon əhalisi olan Pakistanda 3 milyona yaxın xristian yaşayır.