\
14 Oktyabr 2024 - Bazar ertəsi

Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının(AMTA) təsis olunmasının 2 ili tamam olur

Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının(AMTA) təsis olunmasının 2 ili tamam olur
1623baxış

Mediapress.az xəbər verir ki, bu gün Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının(AMTA) təsis olunmasının 2 ili tamam olur. AMTA 2 il ərzində sahibkarları ətrafında cəmləşdirərək meyvə və tərəvəz sektorunu təmsil edən sahibkarların maraqlarını müdafiə edilməsi , dövlət strukturu və sahibkarlarla əməkdaşlıq və onlar arasında «körpü» rolunu oynaması ,aqrar texnologiyaların araşdırılması,ixracata dəstək mexanizmlərin təkmilləşdirilməsi ,Beynəlxalq əlaqələr, layihələr və proqramların icrası və «Made in Azerbaijan» brendinin dünyada tanıdılması istiqamətində fəaliyyət göstərmişdir. AMTA sədri Bəşir Quliyev bildirir ki “Ölkə rəhbərliyinin aqrar sahəyə olan diqqət və qayğısı nəticəsində meyvə-tərəvəz sektoru inkişaf edir . Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası bu inkişaf nəticəsində kəmiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Hər ay sıralarımıza yeni üzvlər qoşulur və bu proses fəaliyyətimizi daha da genişləndirməyimizi labüd edir. Biz aktiv fəaliyyət göstərərək bir çox uğurlu layihələr icra etmişik. Ölkəmizdə meyvə-tərəvəz istehsal və ixrac edən bir çox sahibkarlar ictimai birliyin layihərində aktiv iştirak edərək assosiasiyasımız inkişafına öz tövhələrini verirlər. Hesab edirik ki, AMTA qısa zaman kəsiyində gördüyü uğurlu işləri növbəti illərdə də davam edərək daha da inkişaf edəcəkdir.