\
14 Oktyabr 2024 - Bazar ertəsi

"Google" əməkdaşları ABŞ-da cinsi zorakılığa qarşı etiraz aksiyası keçiriblər

"Google" əməkdaşları ABŞ-da cinsi zorakılığa qarşı etiraz aksiyası keçiriblər
1393baxış

Google" şirkətinin əməkdaşları ABŞ-da cinsi zorakılığa qarşı etiraz əlaməti olaraq noyabrın 1-də öz iş yerlərini tərk ediblər.

"Report" CNN teleşirkətinə istinadən xəbər verir ki, işçilər əllərində "Bu yaxşı deyil, Google!" və "Zalım olmayaq" şüarlarınnın yazıldığı plakatlarla şirkətin Nyu-Yorkdakı ofisinin qarşısına toplaşıblar.

"Google" əməkdaşlarının narazılığına şirkət rəhbərliyinin 2014-cü ildə cinsi zorakılıqda ittiham olunduqdan sonra korporasiyanı tərk etmiş "Android" əməliyyat sisteminin yaradıcısı Endi Ruinə 90 milyon dollar ödəməsi haqqında dərc olunan məlumatlar səbəb olub.

Analoji etiraz aksiyası San-Fransiskoda da keçirilib.

Bundan əvvəl "Google" 10 mlrd. dollarlıq layihədən imtina edib.

Mediapress.az