\
14 Oktyabr 2024 - Bazar ertəsi

Deputatdan himnlə bağlı qalmaqallı təklif: “Həcmi azaldılsın”

Deputatdan himnlə bağlı qalmaqallı təklif: “Həcmi azaldılsın”
1414baxış
"Mən uşaqlarım hələ kiçik yaşlarında olanda onları məcbur etmişəm ki, dövlət himnimizi əzbərləsinlər, bilsinlər”.
 
Mediapress.az-ın modern.az-a istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirlən iclasında deputat Tahir Kərimlideyib.
 
Deputat dövlət himinin həcminin azaldılmasını təklif edib.
 
"Dünya ölkələrinin əksəriyyətində dövlət himnləri 2 dəqiqə səsləndirilir. Ancaq bizdə isə dövlət himnimiz 4 dəqiqə davam edir. Hesab edirəm ki, bunun həcmini azaltmaq lazımdır. Əzəmətli himnə çevirmək lazımdır.
 
Bildiyimiz kimi, dahi bəstəkarımız Üzeyir Hacıbəyov Sovet ittifaqının da himnini hazırlayıb. Açığını deyəcəm, o bundan daha cazibədar idi. Təklif edirəm ki, himnin həcmi azaldılsın”.