\
14 Oktyabr 2024 - Bazar ertəsi

Bu körpəyə kömək edək

Bu körpəyə kömək edək
1691baxış

Qısa bir müddət idi ki, heç nə paylaşmırdım. Nə isə!!! Ancaq bu gün vicdanım yenə sakit dayanmadı. Bir dostumuzun göndərdiyi video mənə çox pis təsir etdi. Uca Allah heç bir valideyni övlad acısı ilə sınağa çəkməsin! Şəkildə gördüyünüz bu körpə qızın anası Qazax rayonunun Kosalar kəndindəndir. Bakıda yaşayırlar. Bağırsağında problem olan körpəni iki dəfə ağır əməliyyat etdiriblər. Müalicə vaxtı istifadə edilən antibiotiklər körpə qızın qulağına mənfi təsir edib. Körpə eşitmir. Ana fəryad edir. "Bir manat da olsa köməkdir", - deyir. Xahiş edirəm, əgər mümkündürsə bu körpə qıza bir manat da olsa yardım edək. Dua edək! Tezliklə sağalsın! Kimin nəyə imkanı çatırsa kömək əlini əsirgəməsin bu körpə qızdan. Əgər edir ki, kömək etsək bir qızın gələcəyi xoşbəxt olar. Əgər kömək etsək, bir cavan ananın göz yaşları təbəssümə, gülüşə çevrilər.
 

Səbinə Yusif