\
14 Oktyabr 2024 - Bazar ertəsi

Zəki İslam dünyasını dəyişdi...

Zəki  İslam dünyasını dəyişdi...
1020baxış

Mediapress.az xəbər verir ki, tanınmış aşıq Zəki İslam dünyasını dəyişib.

Zəki İslam oğlu Yusifov 10 avqust 1939–cu ildə Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndində anadan оlub.

Azərbaycan Pedaqoji İnstitutunu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Uzun müddət kolxoz-sovxozlarda rəhbər vəzifələrdə işləmişdir.

Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvüdür. "Qızıl Qələm" mükafatı laureatılır. Şeirlərini əsasən dini mövzuda yazır. Zəki İslam Məşədi, Kərbəlayi və Hacıdır.

Zəki İslam müasir aşıq şerinin tanınmış nümayəndəsi, dini şeir və poemaların müəllifi kimi məşhur olub. Zəki İslamın indiyə kimi  yazdığı müxtəlif mövzu və janrlarda olan şeirləri və poemaları toplanılıb. 

Ən çox  sevilən şeirlərindən biri Göyçəyə həsr etdiyi şeirdir:

Göyçə
Ata-baba məskənimsən,
Ana yurdum, elim, Göyçə!
Ünvanımı soruşanda,
Tez-tez deyir dilim "Göyçə"!

Hər mahalın bir adı var,
Ana yurdun öz dadı var,
Qonaqpərvər övladı var,
Uzanıqlı əlim, Göyçə!

Qazax, Tovuz, Şəmkir, Gəncə,
Qarabağdan dost gəlincə,
Obalarda incə-incə
Açılıbdı gülüm, Göyçə!

Zəki qurban ocağına,
Dörd küncünə, bucağına,
Balan kimi qucağına,
Darıxıram gəlim, Göyçə!

Allah rəhmət eləsin!