\
14 Oktyabr 2024 - Bazar ertəsi

Modellərin dieta menyusu

Modellərin dieta menyusu
1779baxış

Modellərin dietası mütləq uğur gətirəcəkdir – göstərilən metodikanın adı bizə məhz bunu aşılayır. Belədir, ya yox, siz bunu praktikada tətbiq etməklə biləcəksiniz. BiG.AZ dietalar.az-a istinadən “model” qidalanması planını təqdim edir.
3 günlük model dietası
Bu dieta variantı üç gün çəkir və 2-4 kq çəki aparır. Göstərilən halda arıqlamanın əsas prinsipi qidanın günün birinci yarısında qəbul edilməsi və şam yeməyinin tamamilə olmamasıdır.
Dieta menyusu
Səhər yeməyi: ilıq bişirilmiş yumurta və bir stəkan şəkərsiz çay
İkinci səhər yeməyi və nahar (3 saatlıq fasilə ilə): dənli kəsmik (hər porsun çəkisi 125 qr-dan artıq deyil) və şirin olmayan çay stəkanı.
14.00-15.00-dan sonra yemək olmaz, əvəzində maye qəbuluna heç bir məhdudiyyət qoyulmur. İstər qazsız, istərsə də şirin olmayan ot həlimləri içmək olar. Belə ki, dieta rasionun ciddi şəkildə məhdudlaşdırılmasını nəzərdə tutur, ondan göstərilən müddətdən artıq istifadə etmək olmaz. Və burda məsələ təkcə kasad menyuda deyil – 3 gündən sonra piyin əriməsi sürəti nəzərəçarpacaq dərəcədə aşağı düşür, belə ki, orqanizm qənaət rejiminə keçir. Bir qədər fasilədən sonra metodikanın, heç şübhəsiz ki, təkrar etmək olar, lakin buna aludə olmaq lazım deyil. Təklif edilən qidalanma planı uzun müddətli olması ilə fərqlənməsə də, yenə də mühüm qidalanma elementlərinin çatışmamazlığına gətirib çıxara bilər.