\
14 Oktyabr 2024 - Bazar ertəsi

Xaləddin İsgəndərovun kadrı işdən kənarlaşdırıldı

Xaləddin İsgəndərovun kadrı işdən kənarlaşdırıldı
1406baxış
Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov vəzifəsindən azad edilib.
 
Mediapress.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev əmr imzalayıb.
 
O, bu vəzifəyə 2015-ci ildə təyin edilmişdi.
 
Həmin vəzifəyə hələlik təyinat olmayıb.
 
Xatırladaq ki, iyunun 6-da prezident İlham Əliyevin sərəncamı ilə Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. E.Allahverdiyevdən öncə icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov olub.