\
14 Oktyabr 2024 - Bazar ertəsi

Vergilər Nazirliyinin Departament rəsmisi Statistika Şurasının üzvlüyündən çıxarılıb

Vergilər Nazirliyinin Departament rəsmisi Statistika Şurasının üzvlüyündən çıxarılıb
1376baxış

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (DSK) yanında Statistika Şurasınıntərkibində dəyişiklik edilib.

“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarəti Departamentinin baş direktorunun müavini Cəbrayıl Fərid Zəbiyulla oğlu DSK yanında Statistika Şurasının üzvləri sırasından xaric edilib, eyni zamanda həmin nazirliyin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktorunun müavini Rəhimli Elşən Moqif oğlu Şura üzvlüyünə qəbul edilib.

Bundan əvvəl Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibində dəyişiklik edilib.

Mediapress.az