\
14 Oktyabr 2024 - Bazar ertəsi

Həbsdə olan "bankirin" arvadının 27 milyonluq imarəti - FOTOLAR

Həbsdə olan "bankirin" arvadının 27 milyonluq imarəti - FOTOLAR
1475baxış

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın İngiltərənin paytaxtı Londonda yaşadığı lüks evin görüntüləri yayılıb.

Cütlük Londonun qərbində "Harrods" alış-veriş mərkəzinin yaxınlığında yerləşən bu evi 7 il öncə alıb.

Lüks ev üçün 11.5 milyon funt sterlinq (təxminən 27 milyon manat) məbləğində ödəniş edildiyi bildirilir.

Qeyd edək ki, 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində ötən gün London polisi tərəfindən həbs olunub. Qərara əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. (publika)

Mediapress.az