\
14 Oktyabr 2024 - Bazar ertəsi

"Oba" Marketlər şəbəkəsi baxımsız qalan çörəklər haqda açıqlama verdi - "Bu halla bağlı biz hər iki istehsalçını ciddi xəbərdarlıq etdik" - FOTOLAR

"Oba" Marketlər şəbəkəsi baxımsız qalan çörəklər haqda açıqlama verdi - "Bu halla bağlı biz hər iki istehsalçını ciddi xəbərdarlıq etdik" - FOTOLAR
1442baxış

Səhər saatlarında Nuranə Abdullayeva adlı Facebook istifadəçisi, jurnalist xanım “Oba” marketlər şəbəkəsinin Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən mağazası haqda status paylaşıb. Statusda deyilir:

“Baxımsız qalan "OBA Marketi"

Bakı şəhəri, Qaradağ Rayonu Səngəçal qəsəbəsində baxımsız qalan "OBA Market"
çörəkləri toz- torpaq içində satırlar. Belə ki, market zamanında açıq olmadığı üçün çörəyi gətirən firma çörəkləri yol kənarında qoyaraq tərk edirlər.

Niyə "Oba marketi" insanların qidalarına və sağlamlıqlarına ciddi yanaşmır?”

Məsələ ilə bağlı “Oba” Marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elvin Babayevlə dərhal əlaqə saxladıq. Elvin müəllim Mediapress.az-a şəbəkənin rəsmisi olaraq mövqe bildirdi:

“Qeyd olunan məsələ ilə bağlı bizə sorğunuz daxil olan kimi araşdırma apardıq. Fotoda qeyd olunan mağaza Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən filialımızdır. Bu marketdə satışda olan zavod çörəyi Xırdalan və Binə çörək zavoduna məxsusdur. OBA marketlərdə iş saatı 09:00-dan 21:00-a kimidir. Biz çörək tədarükçülərinə iş saatları ilə bağlı məlumat vermişik. Buna görə də mağazalara çörək 09:00-dan sonra gətirilir. Bu halla bağlı biz hər iki istehsalçıya məlumat verdik və ciddi xəbərdarlıq etdik. Qeyd edim ki, OBA marketlərdə satışda olan məhsulun keyfiyyətinə istehsalçı şirkət məsuliyyət daşıyır. Lakin biz məhsullara daima nəzarət edirik və artıq keyfiyyətə OBA market olaraq biz də zəmanət veririk.”

Hazırladı: Könül Qocayeva