\
14 Oktyabr 2024 - Bazar ertəsi

Mübariz İbrahimovun anası vəfat etdi? - Açıqlama

Mübariz İbrahimovun anası vəfat etdi? - Açıqlama
1612baxış

Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama xanımın dünyasını dəyişməsi barədə xəbər təsdiqlənməyib.

Bu barədə axar.az-a Biləsuvar İcra Hakimiyyətindən məlumat verilib. İcra Hakimiyyətindən bildirilib ki, xəbər sosial şəbəkələrdə yayılan kimi milli qəhrəmanımızın ailəsinin evinə - Əliabad kəndinə nümayəndə göndərilib:

"Ancaq Şamama xanımla bağlı xəbər təsdiqlənmədi".

Əliabad kənd icra nümayəndəsi Telman Əliyev də saytımıza açıqlamasında bildirib ki, Şamama xanımın səhhəti normaldır və heç bir problem yoxdur:

"Şamama xanım ailə işlərini də özü görür. Yəni səhhəti ilə bağlı qəti narahatlıq yoxdur".

Qeyd edək ki, sosial şəbəkələrdə Milli Qəhrəman Mübariz İbrahimovun anasının vəfatı barədə xəbər yayılmışdı.