\
14 Oktyabr 2024 - Bazar ertəsi

Tanınmış jurnalistin övladları Azərbaycan bayrağı ilə Türkiyə mətbuatını silkələdilər - VİDEO

Tanınmış jurnalistin övladları Azərbaycan bayrağı ilə Türkiyə mətbuatını silkələdilər - VİDEO
1202baxış

Mediapress.az xəbər verir ki, azərbaycanlı bacı-qardaşlar  - Turxan, Nərgiz və Camal Müseyibovlar Bayraq Gününə özəl olaraq hazırladıqları videoçarxla Türkiyə mediasının gündəmi olublar.

Xatırladaq ki, tanınmış jurnalist, keçmiş televiziya işçisi olanTural Müseyibovun övladları Azərbaycan Dövlət Bayrağının rəsmi qəbul edilməsinin 100-cü ildönümüylə bağlı maraqlı video hazırlamışdılar. T.Müseyibov əlamətdar gün münasibətilə övladlarının səsləndirdikləri mətni lentə almışdı.

Videoçarxda Turxan, Nərgiz, Camal Museyibovlar atalarının müəllifi olduğu “Azərbaycan bayrağı şeiri”ni səsləndiriblər.