\
14 Oktyabr 2024 - Bazar ertəsi

Ukraynanın azərbaycanlı qadın polisi - FOTO

Ukraynanın azərbaycanlı qadın polisi - FOTO
1549baxış

Şəkildə gördüyünüz bu xanım-polis işçisi milliyyətcə azərbaycanlıdır. Deyilənə görə, Ukraynanın Dnepropetrovsk vilayətində azərbaycanlı polis qadının peşəkarlığı dillər əzbəridir.

Karina Məmməd qızı Əliyevanın atası azərbaycanlı, anası ukraynalıdır. 2008-ci ildə Odessa Milli Hüquq Akademiyasında təhsilini qırmızı diplomla başa vurub. Elə həmin ildən Ukraynanın daxili işlər orqanlarında çalışır. İlk iş yeri Krivoy Roq şəhərinin rayon polis bölməsi olub, orada müstəntiq işləyib.2012-2014-cü illərdə Dnepropetrovsk vilayəti Milli Polis Baş İdarəsində xüsusi işlər üzrə müstəntiq kimi çalışıb. 014-2017-ci illərdə Dnepr şəhər aeroportunun istintaq şöbəsinin rəisi olub. Hazırda Dnepropetrovsk vilayəti Milli Baş Polis İdarəsinin metropolitendə polis bölməsinin rəisidir.

Mediapress.az