\
14 Oktyabr 2024 - Bazar ertəsi

Bərdədə 60 yaşlı kişi intihar edib

Bərdədə 60 yaşlı kişi intihar edib
1413baxış

Bərdə rayonunda intihar hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Rayon sakini 1958-ci il təvəllüdlü Dadaşov Abbas Kərəm oğlu özünü iri gövdəli ağacdan iplə asıb.

Hadisə barədə sakinlər rayon polis şöbəsinə məlumat veriblər.

İntiharın dəqiq səbəbi bilinməsə də, 60 yaşlı kişinin uzun illərdir əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.