\
14 Oktyabr 2024 - Bazar ertəsi

Bakının mərkəzində partlayış yanğına səbəb oldu

Bakının mərkəzində partlayış yanğına səbəb oldu
1384baxış
Paytaxtın Nərimanov rayonu Təbriz küçəsində yanğın baş verib.
 
Mediapress.az Trend-ə istinadən xəbər verir ki, hadisəyə səbəb həmin ərazidən keçən qaz borusundakı sızma olub.
 
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib ki, yanğın artıq söndürülüb:
 
"Təbriz küçəsində qaz borusunda sızma olub. Əraziyə FHN-nin yanğından mühafizə bölmələri cəlb olunaraq yanğın söndürülüb".
 
İ.Kərbəlayevin sözlərinə görə, yaşayış evləri yanğından mühafizə edilib, hadisədə xəsarət alan olmayıb.