\
14 Oktyabr 2024 - Bazar ertəsi

Bakıda liftin mühərriki yandı - 2 nəfər xilas edildi

Bakıda liftin mühərriki yandı - 2 nəfər xilas edildi
1478baxış
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının damında, ümumi sahəsi 9 m² olan texniki otaqda liftin mühərriki yanıb.

FHN-nın saytı xəbər verir ki, yanğın yanğın bölmələri çatana kimi sakinlər tərəfindən söndürülüb. Liftdə köməksiz vəziyyətdə qalmış 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunub. Əməliyyat başa çatıb.