\
14 Oktyabr 2024 - Bazar ertəsi

Abel Məhərrəmovun general qardaşı iş başındadır

Abel Məhərrəmovun general qardaşı iş başındadır
1843baxış

Abel Məhərrəmovun qardaşı Rauf Məhərrəmovun vəzifədən azad edilməsi barədə deyilənlər təsdiqini tapmayıb.

Mediapress.az-ın verdiyi məlumata görə bu barədə Ədliyyə nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Qeyd edilir ki, general Rauf Məhərrəmov hazırda iş başındadır və əvvəlki kimi öz vəzifəsini icra edir. Xatırladaq ki, ötən gün bəzi saytlarda Abel Məhərrəmovun qardaşı Ədliyyə nazirliyində kadrlar şöbəsinin rəhbəri işləyən general Rauf Məhərrəmovun işdən azad edilməsi barədə məlumatlar yayılmışdı.