\
14 Oktyabr 2024 - Bazar ertəsi

"Ballı" supermarketində kiflənmiş uşaq şirniyyatı satılır - Diqqət! - FOTOLAR

"Ballı" supermarketində kiflənmiş uşaq şirniyyatı satılır - Diqqət! - FOTOLAR
1214baxış

Mediapress.az xəbər verir ki, Hövsan əsəbəsində yerləşən "ballı" supermarketində kiflənmiş uşaq şirniyyatı satılır! Bu barədə jurnalist Elşad  Mətləboğlu Facebook səhifəsində məluma verib:

"Diqqət!!! 
Jurnalistlərin və valideynlərin nəzərinə.
Bu şirniyyatı Hövsanın ən böyük supermarketi olan "Ballı"-dan alıblar, evdəkilər uşaq üçün alıblar. Alarkən tarixinə baxıblar, amma açanda bu mənzərəylə rastlaşdıq. Kiflənmiş şirniyyat zəhərlənmə verə bilərdi. Valideynlər çox diqqətli olun. 
Jurnalist dostlarımdan bunu ictimailəşdirməyinizi xahiş edirəm".

Məsələ ilə bağlı "Ballı" supermarketinə sorğu göndərdik. Eyni zamanda Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova da mürciət etdik. Ətraflı məlumaı təqdim edəcəyik.  

P.S. Xaırladaq ki, 2016-cı ildə manatın devalvasiyasından sonra “Ballı Market” in vəzifəli şəxsləri tərəfindən unun qiymətinin süni şəkildə artırılması barədə İqtisadiyyat Nazirliyindən  daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə istintaq-əməliyyat tədbirləri həyata keçirilib. 
İstintaq-əməliyyat tədbirləri ilə Bakı şəhəri, Suraxanı rayonunda yerləşən “Ballı Market”in rəhbəri Həsən Mayılovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mağazada satılan 50 kiloqramlıq un kisələrinin qiymətini süni surətdə artıraraq, həmin məhsulun ölkə ərazisində süni bahalaşmasına səbəb olan hərəkətləri ilə dövlətin bu sahədə apardığı tədbirlər üzrə onun nüfuzuna xələl gətirməklə, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1 (istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə cinayət işi başlanılmış, H.Mayılova həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.