\
14 Oktyabr 2024 - Bazar ertəsi

İran-İraq sərhədində güclü zəlzələ - 550 nəfər xəsarət alıb

İran-İraq sərhədində güclü zəlzələ - 550 nəfər xəsarət alıb
1421baxış
İran-İraq sərhədində zəlzələ olub.
 
BakuPost xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerli vaxtla ötən gecə 20:07-də baş verib. Yeraltı təkanlar Kermanşah vilayətində qeydə alınıb. Zəlzələnin şiddəti 6,4 bal gücündə olub.
 
Yeraltı təkanların episentri Bağdaddan 150 kilometr şimal-şərqdə yerləşib. 
 
Təbii fəlakət zamanı 550 nəfərin xəsarət aldığı bildirilir. Kermanşahda zəlzələdən sonra 20-dən çox yeraltı təkan qeydə alınıb. Zəlzələdən zərər çəkən ərazilərə 23 operativ qrup göndərilib.