\
14 Oktyabr 2024 - Bazar ertəsi

Şəkidə ərəb turistlər ağır qəzaya düşdü (YENİLƏNİB)

Şəkidə ərəb turistlər ağır qəzaya düşdü (YENİLƏNİB)
1439baxış

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi xəsarət alanların sayı 7 nəfərə çatıb.

Mediapress.az-ın report-a istinadən məlumatına görə, içərisində ərəb turistlərin də olduğu yol qəzası zamanı xəsarət alan şəxslərin kimlikləri hələlik məlum deyil.

 
Faktla bağlı araşdırmalara başlanılıb.
 
**** 
Şəkidə xəsarətlə nəticələnən yol qəzası baş verib.
 
Şimal-Qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki-Marxal avtomobil yolunda qeydə alınıb.
 
Hələ ki, şəxsiyyətləri məlum olmayan sürücülərin idarə etdikləri iki avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.