\
14 Oktyabr 2024 - Bazar ertəsi

Saçı qırxılan qadınla bağlı daha bir - Açıqlama

Saçı qırxılan qadınla bağlı daha bir - Açıqlama
1504baxış

“Dünən sosial səbəkələri ayağa qaldıran hadisə Azərbaycan ərazisində baş verməyib”.

Mediapress.az xəbər verir ki, bu barədə Modern.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova xəyanət etdiyi üçün saçı qırxılan qadının videosundan danışarkən deyib:

 

“Videodan danışan qayınana qızın yaxın qohumudur.  Ər azərbaycanlı olsa da, Rusiya vətəndaşıdır. Hadisə 3 ay bundan əvvəl olub. Videonun yayılmasında ər və yaxın qohumlar iştirak etməyib".

M.Zeynalova videonun digər şəxlər tərəfindən yayıldığını bildirərək, əlavə şərh vermək istəməyib.