\
14 Oktyabr 2024 - Bazar ertəsi

İlham Əliyev ABŞ səfirliyində başsağlığı verdi - FOTOLAR

İlham Əliyev ABŞ səfirliyində başsağlığı verdi - FOTOLAR
1386baxış

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 5-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Dövlət başçısı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Viliam Gill ilə söhbət edib.

Prezident İlham Əliyev Corc Buşun görkəmli dövlət xadimi olduğunu deyib, onunla bağlı xatirələrini yada salıb.

Mediapress.az