\
14 Oktyabr 2024 - Bazar ertəsi

Ərşad Əzimzadə xəstələrə baxmaqdan İMTİNA ETDİ: “Daha məsləhət verməyəcəm”

Ərşad Əzimzadə xəstələrə baxmaqdan İMTİNA ETDİ: “Daha məsləhət verməyəcəm”
4188baxış

Tanınmış təbib,  "Ana Təbiət" Natural Gigiyena mərkəzinin rəhbəri, azıçı-jurnalist Ərşad Əzimzadə bundan sonra ona müraciət edən xəsətələti qəbul etməyəcəyini bildirib.
 

Modern.az-ın məlumatına görə, Ə.Əzimzadə bunu yeni əsərlər üzərində işləmək istəməsilə əlaqələndirib:
“Hər gün onlarla adam mənimlə görüşmək və məsləhət almaq üçün müraciət edir. Məlumat üçün deyim ki, mən daha işləmirəm və xəstələrə məsləhət vermirəm. Bu qənaətə gəlmişəm ki, XƏSTƏ YALNIZ ÖZÜ ÖZÜNÜN HƏKİMİ OLANDA SAĞALIR.

Məsləhətə gəlincə, onu deməliyəm ki, yazdığım 5 kitabda çox dolğun və ətraflı məsləhətlər vermişəm. Kitablardan əlavə, xeyli müddət bir yerdə işlədiyim istedadlı fitoterapevt SADIQ SALAMOV məni tam əvəz edə bilər. 
Mən isə, icazənizlə, yeni əsərlər üzərində çalşımağa davam edim ki, topladığım bilik hamısını xalqıma tam çatdıra bilim”.

Mediapress.az