\
14 Oktyabr 2024 - Bazar ertəsi

Bakıda süpürgəçi qadın faciəvi şəkildə öldü

Bakıda süpürgəçi qadın faciəvi şəkildə öldü
1577baxış
Dünən sübh saatlarında Bakı şəhər Nizami rayonu ərazisində avtomobilin vurduğu süpürgəçi qadın xəstəxanada vəfat edib.
 
Heydər Əliyev prospekti 128 ünvanının qarşısında - "Bağırov" körpüsünün yaxınlığında Dadaşov Samir Boris oğlunun idarə etdiyi "Mitsubishi” markalı avtomobillə vurduğu MKİS işçisi, 1965-ci il təvəllüdlü Muradova Almagül Pirağa qızı 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbәsindә vəfat edib.
 
Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. (Publika.az)