\
14 Oktyabr 2024 - Bazar ertəsi

"Qazaxdakı şəhid ailəsinin problemi çözüləcək!" - Fazil Talıbov

"Qazaxdakı şəhid ailəsinin problemi çözüləcək!" - Fazil Talıbov
1423baxış

 

Şəhid hərbi qulluqçu Tahir Xasməmmədovun qardaşı, Qazax rayon sakini Firuz Xasməmmədov birdəfəlik ödəməni (11 min manat) ala bilməməsi ilə bağlı Mediapress.az-a müraciət edib, ona yardımçı olmağımızı xahiş etdi. Şəhid ailəsinə kömək etmək məqsədilə ƏƏSMN-nin mətbuat xidmətinin rəhbəri Fazil Talıbovla əlaqə saxladıq. Fazil müəllim dərhal şəhid ailəsinin problemi ilə maraqlanıb, bizə məlumat verdi:

"Hörmətli KİV nümayəndələri!

Şəhid hərbi qulluqçu Tahir Xasməmmədovun qardaşı Qazax rayon sakini Firuz Xasməmmədovun birdəfəlik ödəməni (11 min manat) ala bilməməsi ilə bağlı bir neçə saytda yayılan şikayəti nazirlik tərəfindən araşdırılıb.

Məlum olub ki, aidiyyəti notariat kontoru tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə məlumat ötürülən zaman sistem test rejimində fəaliyyət göstərdiyindən müvafiq sənədlər Nazirliyə daxil olmayıb.

Vətəndaşın müraciətindən sonra aidiyyəti notariat kontoru ilə danışıqlar aparılıb və sənədlərin yenidən göndərilməsi təmin edilib. Belə ki, noyabrın 29-da şəhidimizin vərəsəsinin sənədləri nazirliyə daxil olub və aidiyyəti üzrə işçi qrupu tərəfindən baxılmaqdadır.

Sənədlərin tamlığı təsdiq edildikdən sonra vərəsənin birdəfəlik ödəməni almaq hüququndan istifadə etməsi barədə sms vasitəsilə özünə məlumat veriləcək və ödəməni alacaq.

Könül Qocayeva Aypara