\
14 Oktyabr 2024 - Bazar ertəsi

Xəzərdə 2 balıqçı xilas edildi (FOTOLAR)

Xəzərdə 2 balıqçı xilas edildi (FOTOLAR)
1435baxış
Xəzər dənizinin cənub istiqa­mətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gə­mi­si tərəfindən Salyan reydi Karaqedov bankasının şimalında, sa­hildən 8,3 mil məsafədə hərəkətsiz balıqçı qayığında 2 nəfərin avar ilə "kömək edin” işarəsini göstərmələri müşahidə edilib.
 
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd gözətçi gəmisi tərəfindən keçirilən xilasetmə tədbiri nəticəsində texniki nasazlıq səbəbindən dənizdə qalan "MA-10181” bort nömrəli "Yamaha - 40” mühərrikli balıqçı qayığı yedəyə alınıb və 2 nəfər balıqçı xilas edilb.
 
DSX-nin Sahil Mühafizəsinin hərbi qulluq­çuları tərəfindən xilas edilən şəxslərin Neftçala rayonunun sakin­ləri 1970-ci il təvəllüdlü Rüstəmov Əli Rəfayıl oğlu və 1991-ci il təvəl­lüdlü Cəfərov Elnur Eldar oğlu olmaları müəyyən edilib.
  •