\
14 Oktyabr 2024 - Bazar ertəsi

Anar Nəbiyev mükafata layiq görüldü – FOTOLAR

Anar Nəbiyev mükafata layiq görüldü – FOTOLAR
1280baxış

 

Son zamanlar medianın gündəmindən düşməyən müğənni Anar Nəbiyev ötən gün mükafata layiq görülüb.

Bu haqda “Yenigundem”-ə ifaçının mətbuat katibi məlumat verib: O bildirib ki, xalq ulduzunun qalibi Anar Nəbiyev “Show productionun” təşkil etdiyi mükafatlandırma gecəsində “İlin Çalışqan Gənc Müğənnisi” adına layiq görülüb. Məşhur müğənnilərin iştirak etdiyi tədbirdə Anar “Sevmişəm” adlı mahnısını ifa edib.

"Qafqaz Biznes Centre"də baş tutan gecədə bir neçə məşhur simalar da iştirak edib.

Xatırladaq ki, Anar Nəbiyev ötən günlərdə “Azərbaycan” adlı mahnısını sevənlərinə təqdim edib.