\
14 Oktyabr 2024 - Bazar ertəsi

Əri tərəfindən balkondan atılan qadın nazirin yaxın qohumudur - Azad Rəhimovun xalasının nəvəsi imiş...

Əri tərəfindən balkondan atılan qadın nazirin yaxın qohumudur - Azad Rəhimovun xalasının nəvəsi imiş...
2537baxış
Bakıda baş verən dəhşətli cinayətin qurbanı olan Adelya Taxveli gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumudur.
 
Mediapress.az xəbər verir ki, "Qafqazinfo”ya daxil olan məlumata görə, 30 yaşlı Adelyanın anası nazirin xalası qızıdır.  
 
Gənc xanımın Amerikada təhsil aldığı, həyat yoldaşı Ramiz Taxveliilə sevərək ailə qurduğu bildirilir. Onların bu nikahdan iki uşağı var. Cütlüyün toyunda nazir A. Rəhimov və ailəsi də iştirak edib. 
 
Adelyanın ata tərəfi də tanınmış nəsildir. Nənəsi Ədilə NamazovaTibb elmləri doktorudur. Adelyaya da onun adını qoyublar. Atası Azər Namazov isə ixtisasca həkimdir.
 
Sözügedən ailə bir müddət əvvəl medianın gündəminə mülklə bağlı gəlib. Adelyanın atası A. Namazov həyat yoldaşı (Adelyanın anası) Samirə Süleymanovadan şikayətçi olaraq hədə-qorxu ilə evinin əlindən alındığını bildirmişdi. Hətta tərəflər Səbail Məhkəməsində üz-üzə gəlmişdilər.
 
Qeyd edək ki, hadisə dünən saat 3 radələrində baş verib. "Buta Palace”nin art direktoru Ramiz Taxveli xanımı Adelya Taxvelini 5-ci mərtəbədən balkondan atıb.