\
14 Oktyabr 2024 - Bazar ertəsi

İt öz canı bahasına sahiblərini xilas etdi

İt öz canı bahasına sahiblərini xilas etdi
1453baxış

Malaziyada bir it öz sahiblərini həyatı bahasına xilas edib. Bu barədə informasiya portalı olan Coconuts xəbər verib. İnsident Saravak ştatında baş verib. Malayziyalı ailə heç cür iti tapa bilməyib. Sahibləri onu axtarıb, evdən çox da uzaq olmayan yerdə tapıblar. Onlar iti tapanda onu piton sıxmışdı. Onların gəlişinə qədər it artıq ölmüşdü. Onlar ilanı bir neçə dəfə vurublar, o, şikarını buraxıb və yaxınlıqdakı yuvasında gizlənib.

Bundan sonra ailə xilasediciləri çağırıb. Bir saatlıq əməliyyatdan sonra piton yaxalanıb. Xilasedicilər ilanı aqressiv olaraq xarakterizə ediblər. “Biz itimiz öldüyü üçün dərin kədər içindəyik. O, olmasaydı, ilan bizim evimizə girə və hamımızı öldürə bilərdi”, - bunu da ailə üzvlərindən biri deyib.

İyul ayında xəbər yayılmışdı ki, Amerikada bir it həyətdə zəhərli ilan olduğunu hiss edən kimi ev sahibini və uşaqlarını xilas edib.