\
14 Oktyabr 2024 - Bazar ertəsi

Heydər Əliyev Qahirə şəhərində anıldı - Eksklüziv - FOTOLAR

Heydər Əliyev Qahirə şəhərində anıldı - Eksklüziv - FOTOLAR
1610baxış

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar, Misirin beş milyon əhalisi olan Qəlyubiyyə əyalətinin Qanatir şəhərində yerləşən Misir-Azərbaycan Dostluq parkına gələn AR-ın Misirdəki səfirliyinin əməkdaşları, “Vətənpərvər”-Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, burada yaşayan, işləyən, təhsil alan azərbaycanlılar, Qanatir şəhərinin meri və nümayəndələri, KİV nümayəndələri, əvvəlcə sözügedən parkda yerləşən mədəniyyət və təhsil ocağını ziyarət etmiş, orada qurulan Azərbaycan və Ulu öndər Heydər Əliyevin güşələri ilə tanış olmuşlar.

Bundan başqa, tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin  Azərbaycan-Misir Dostluq parkında ucaldılmış heykəlini ziyarət etmiş və heykəlin önünə əklik qoyaraq, Ulu öndərin xatirəsini hörmət və ehtiramla anmışlar.

Ümummilli liderin Azərbaycan tarixində əvəzsiz roluna toxunularaq, məhz onun səmərəli fəaliyyəti nəticəsində ölkəmizin qısa müddət ərzində regionun aparıcı və ən güclü dövlətinə çevrildiyi diqqətə çatdırılmışdır.

Həmçinin, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanaraq, əlaqələrin daha da inkişafı üçün səylərin davam etdirildiyi bildirilmişdir.

Diaspora sədri tədqiqatçı-alim Seymur Nəsirov Misirlə Azərrbaycan arasında tarixi əlaqələrindən də söhbət açmişdır.

Mediapress.az

Könül Qocayeva