\
14 Oktyabr 2024 - Bazar ertəsi

Yazıçı-publisist Ayaz Əhmədov vəfat edib

Yazıçı-publisist Ayaz Əhmədov vəfat edib
1412baxış

Azərbaycanlı tədqiqatçı, yazıçı-publisist Ayaz Əhmədov vəfat edib.

Bu barədə "Report"a A.Əhmədovun ailə üzvləri məlumat verib.

Məlumata görə, yazar ötən axşam saatlarında 79 yaşında yaşadığı Lənkəran rayonunda dünyasını dəyişib.

Qeyd edək ki, Ayaz Vahab oğlu Əhmədov 12 may 1939-cu ildə Lənkəran rayonunun Göyşaban kəndində anadan olub. O, "Report"un əməkdaşı, jurnalist Asəf Əhmədovun atasıdır.