\
14 Oktyabr 2024 - Bazar ertəsi

Abşeronda 72 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil verilib - FOTOLAR

Abşeronda 72 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil verilib - FOTOLAR
1471baxış

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından alınmış 72 mənzil şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən KİV-ə verilən məlumata görə, bu münasibətlə keçirilən mərasim zamanı  əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzillə təminatı işləri ildən-ilə genişlənir.

Yeni mənzillə təmin olunanları təbrik edən V.Nəsirli növbəti ildə cari ildəkindən çox olmaqla, azı 800 mənzilin şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olunmasının planlaşdırıldığını bildirib.

Sonra mənzillərin püşkatma qaydasında, obyektiv və ədalətli şəkildə paylanması həyata keçirilib.

Mediapress.az