\
14 Oktyabr 2024 - Bazar ertəsi

Şagirdi döyən direktor işdən kənarlaşdırıldı

Şagirdi döyən direktor işdən kənarlaşdırıldı
1364baxış

Yoxlamanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq".

Cəlilabad Rayon Təhsil Şöbəsi rayonun Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktoru Mübariz Cəfərovun Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntüyə münasibət bildirib.

Təhsil şöbəsindən bildirilib ki, həmin məktəbin direktor əvəzi Mübariz Cəfərov araşdırma aparılan müddətdə vəzifəsinin icrasından kənarlaşdırılıb: "Yoxlamanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək".(report.az)