\
14 Oktyabr 2024 - Bazar ertəsi

"Uber" şirkəti müştərilərin məlumatlarını qorumadığına görə cərimələnib

"Uber" şirkəti müştərilərin məlumatlarını qorumadığına görə cərimələnib
1347baxış

“Uber” nəqliyyat şirkəti müştərilərinin şəxsi məlumatlarının saxlanılması ilə bağlı təhlükəsizlik qaydalarını pozduğuna görə 400 min avro məbləğində cərimə olunub.

“Report” “France Presse”yə istinadən xəbər verir ki, belə bir qərar Fransada həmin sahədə əsas tənzimləyici qurum olan Milli İnformasiya Hüquq və Azadlıqlar Komissiyası tərəfindən verilib.

Komissiya üzvlərinin rəyinə görə, bu servisin istifadəçiləri ilə bağlı məlumatlar yetərincə qorunmayıb: "Lazımi tədbirlər görülsəydi, 2017-ci ilin noyabr ayındakı məlumat sızıntısı baş verməzdi. Həmin vaxt şirkət rəhbərliyi 57 milyon nəfərə dair məlumatların hakerlər tərəfindən qəsb olunduğunu etiraf etmişdi".

Mediapress.az